Yevlax rayonu ərazisində R.Tağıyev avtomaşını idarə edərkən onu aşırmışdır
24.08.2011Avqustun 25-də saat 01.20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində, kənd sakini Rüstəm Tağıyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarət almış R.Tağıyev və sərnişinləri Anar Bayramov və İlkin Hüseynov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.