Şübhəli şəxs qismində saxlanılmış bir qrup Salyan rayon sakininin mal-qara oğurluğu törətməsi müəyyən edilmişdir
24.08.2011DİN Çevik Polis Alayı və Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Xətai rayonu ərazisində, Salyan rayon sakinləri Vahid Hüseynov, Amil Dünyamalıyev və Murad Əhədov 6 baş inəyi satarkən şübhəli şəxs qismində saxlanılmışlar. İlkin araşdırmalar zamanı onların inəkləri Salyan rayon sakini Akif Qarayevin həyətindən oğurlamaları müəyyən edilmişdir.