Horadiz şəhər sakini Xaliq Həsənovun avtomaşın qaçırması müəyyən edilmişdir
24.08.2011Avqustun 25-də Füzuli rayonunun Horadiz şəhəri ərazisindən, Babı kənd sakini Vüsal Çobanzadəyə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün şəhər ərazisində əzilmiş vəziyyətdə tapılmış, avtomaşını şəhər sakini Xaliq Həsənov tərəfindən qaçırılması müəyyən edilmişdir.