Abşeron rayonu ərazisində Şəmkir rayon sakini L.Hüseynova avtomaşını idarə edərkən 3 piyadanı vurmuşdur
15.08.2011Avqustun 16-da saat 17.45 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Şəmkir rayon sakini Lalə Hüseynova "Mercedes-230" markalı avtomaşını idarə edərkən qəsəbə sakinləri Mədinə Təhməzovanı, Ruhiyyə Təhməzovanı və onlarla birlikdə olan 3 azyaşlı uşağı vurmuşdur. Nəticədə M.Təhməzova hadisə yerində ölmüş, digərləri isə xəstəxanaya yerləşdirilmişlər.