Sumqayıt şəhər sakini R.Camallını bıçaqla hədələyərək 49 manatını almış şəhər sakini F.Abbasov tutulmuşdur
15.08.2011Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Ramal Camallını bıçaqla hədələyərək 49 manatını almış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Abbasov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 16-da Sumqayıt şəhər sakinləri Nüsrət Əliyevə və Rəşad Süleymanova qarşı zor tətbiq edərək onlardan da pul alması müəyyən edilmişdir.