Gəncə şəhərində polis əməkdaşları V.Alıyevə və A.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış V.Süleymanov tutulmuşdur
15.08.2011DİN Baş Cinayət-Axtarış İdarəsi və Kəpəz RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Gəncə şəhər BPİ-nin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektorları Vüsal Alıyevə və Asim Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Vüsal Süleymanov tutulmuşdur.