Sumqayıt şəhəri ərazisində aralarında baş vermiş münaqişə zəminində bir-birini silahla hədələmiş K.Abbasov və R.Məmmədov saxlanılmış, onlardan 1 tüfəng və 2 tapança götürülmüşdür
31.07.2011 İyulun 31-də Sumqayıt şəhərindəki "Həyat" şirkətinin ərazisində oranın sahibi Kamil Abbasovla ona pul borcu olan Sabitlik və İnkişaf Mərkəzinin sədri, Bakı şəhər sakini Rasim Məmmədov arasında münaqişə baş vermişdir. Bu zaman onlar bir-birini silahla hədələmiş, K.Abbasov R.Məmmədovu döymüş, ona məxsus "Toyota Lexus" markalı avtomaşına qismən ziyan vurmuşdur.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Abbasov və R.Məmmədov saxlanılmışlar. K.Abbasovdan 1 ədəd "Vinçester" markalı tüfəng və 1 ədəd pnevmatik tapança, R.Məmmədovdan isə 1 ədəd pnevmatik tapança götürülmüşdür.