İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.07.2011Avqustun 1-də saat 16.20 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində Mican kənd sakini Murad Rəcəbovun idarə etdiyi "VAZ-21074" markalı və Ağsu rayon sakini Məmmədağa Cavadovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Cavadovun sərnişinləri, həmyerliləri Yadigar Bəhrəmov hadisə yerində ölmüş, xəsarət almış M.Cavadova və Zakir Abdullayevə, habelə M.Rəcəbovun sərnişini, atası Namizədə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.