Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.07.2011Avqustun 1-də saat 16.00 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində Tovuz rayon sakini Alim Qasımov idarə etdiyi "FORD" markalı avtomaşını yolun kənarında dayanmış "KamAZ" markalı avtomaşına vurmuş, həmin istiqamətdə hərəkətdə olan Tovuz rayon sakini Ramil Musayevin idarə etdiyi "FORD" markalı avtomaşın isə arxadan A.Qasımovun avtomaşınına dəymişdir. Nəticədə "KamAZ" markalı avtomaşının qarşısında dayanmış onun sürücüsü, Daş Salahlı kənd sakini Vasif Yusifov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış A.Qasımov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.