Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

31.07.2011

Avqustun 1-də saat 16.00 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində Tovuz rayon sakini Alim Qasımov idarə etdiyi "FORD" markalı avtomaşını yolun kənarında dayanmış "KamAZ" markalı avtomaşına vurmuş, həmin istiqamətdə hərəkətdə olan Tovuz rayon sakini Ramil Musayevin idarə etdiyi "FORD" markalı avtomaşın isə arxadan A.Qasımovun avtomaşınına dəymişdir. Nəticədə "KamAZ" markalı avtomaşının qarşısında dayanmış onun sürücüsü, Daş Salahlı kənd sakini Vasif Yusifov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış A.Qasımov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

31.07.2011 tarixinə olan kriminal məlumatlar