Sabunçu rayonu ərazisində "Mercedes" və "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşdur
29.06.2011İyulun 1-də saat 01.30 radələrində Sabunçu rayonu ərazisində, şəhər sakini Ağasəf Zəkiyevin idarə etdiyi "Mercedes" markalı və həmyerlisi Ramil Mirzəyevin idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşdur. R.Mirzəyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Orxan, Ceyhun, 11 yaşlı Kənan Mirmahmudovlara və Xəyal Hümbətova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.