Göyçay rayonu ərazisində Yevlax rayon sakini S.Məmmədovun idarə etdiyi avtomaşında Rayon Qaz İstismarı Sahəsinə məxsus oğurlanmış qaz borusunun bir hissəsi aşkar edilmişdir
29.06.2011İyunun 30-da Göyçay rayonunun Ləkçıplaq kəndi ərazisində, Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Yevlax rayon sakini Seymur Məmmədovun idarə etdiyi "MAZ" markalı avtomaşın nəzarət qaydasında saxlınılmışdır. Avtomaşına baxış zamanı oradan kəsilmiş qaz boruları aşkar edilmişdir. Araşdırmalar zamanı həmin boruların Şəkər kəndi ərazisindən keçən Rayon Qaz İstismarı Sahəsinə məxsus oğurlanmış qaz borusunun bir hissəsi olması müəyyən edilmişdir.