Xətai rayonu ərazisindəki evin girişinin beton hissəsinin uçması nəticəsində 4 uşaq xəsarət almışdır
29.06.2011İyunun 30-da Xətai rayonu ərazisində, Gəncə prospektindəki 17 №-li evin 1-ci girişinin beton hissəsi uçmuşdur. Nəticədə orada yaşayan sakinlərdən 10 yaşlı Renad Novruzlu, 10 yaşlı Cavanşir İbrahimov, 14 yaşlı Sabit Namazov və 8 yaşlı Fərid Kərimov xəsarət aldıqlarından xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.