Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu ərazisində sürücü F.İbrahimova qarşı quldurluq etmiş rayon sakinləri G.Məcidov və D.Xasməmmədov tutulmuşlar

25.06.2011

İyunun 26-na keçən gecə Abşeron rayonu ərazisində, 2 naməlum şəxs Bakı şəhər sakini Fariz İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qisimində oturub Hökməli qəsəbəsinə gedəcəklərini bildirmişlər. Hökməli qəsəbəsi ərazisində onlar sürücünü bıçaqla hədələyərək ondan 5 manat, 1 ədəd mobil telefon almış, habelə avtomaşının maqnitofonunun üst qapağını çıxararaq getmişlər. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Gülməmməd Məcidov və Dəyanət Xasməmmədov tutulmuşlar. G.Məcidovdan 0,230 qram, D.Xasməmmədovdan isə 0,222 qram heroin götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, həmin gün Nəsimi rayonu ərazisində, Sumqayıt şəhər sakini Fuad Fərzullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qisimində oturub Hökməli qəsəbəsinə gedəcəklərini bildirmələri və qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək ondan 5 manat almaları da müəyyən edilmişdir.

25.06.2011 tarixinə olan kriminal məlumatlar