Bir neçə vətəndaşın cibindən və çantasından oğurluq etmiş Sumqayıt şəhər sakini R.Ağamalıyev tutulmuşdur
25.06.2011Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Leyla Səfərovaya məxsus çantanı, Ruslan Səfərəliyevin cibindən 500 manat, Emiliya Məmmədovanın cibindən 650 manat və Asif Abdullayevə məxsus mobil telefonu oğurlamış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Ağamalıyev tutulmuşdur.