Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi
25.06.2011Saat 06.10 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində, Cəlilabad rayon sakini Sabir Şirinovun idarə etdiyi "QAZ-33021" markalı və Masallı rayon sakini Bəymirzə Hüseynovun idarə etdiyi "Ford" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə sərnişin Cavanşir Hüseynov hadisə yerində, digər sərnişin Müsafir İsmayılov isə xəstəxanada ölmüşdür.