Balakən rayonu ərazisindəki dağlıq sahədə E.Yegeyev avtomaşını idarə edərkən onu dərəyə aşırmışdır
20.06.2011Saat 23.00 radələrində Balakən rayonu ərazisindəki "Qubek" adlandırılan dağlıq sahədə, Mahamalar kənd sakini Elnur Yegeyev "UAZ" markalı avtomaşını idarə edərkən onu dərəyə aşırmışdır. Nəticədə sərnişin Akif Uluxanov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri Kənan Uluxanov və Qəhrəman Göylərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.