Şabran şəhər sakini X.Camalovdan tapança və güllələr götürülmüşdür
20.06.2011İyunun 21-də Şabran şəhərinin ərazisindəki çayxanada, şəhər sakini Xaqani Camalov sərxoş halda həmyerlisi Aydın Məmmədovu və Lənkəran şəhər sakini Zakir Səfərovu tapança ilə hədələmişdir. Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Camalov saxlanılmış, ondan 1 ədəd "Naqan" tipli tapança və 7 ədəd güllə götürülmüşdür.