Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır
20.06.2011Saat 16.10 radələrində Binəqədi rayonu ərazisində, şəhər sakini Rasim Hüseynovun idarə etdiyi "Mercedes" markalı və Cəlilabad rayon sakini Valeh Süleymanovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücünün sərnişinləri Anar Qurbanov, Arif Mirzəyev, Əlifağa Süleymanov və onun qızı 17 yaşlı Rəqsanə xəstəxanaya yerləşdirilmişlər. Ə.Süleymanov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.