Oğuz rayonu ərazisində Göyçay rayon sakini R.Mayılovun idarə etdiyi avtomaşında müvafiq sənədləri olmayan meşə materialından hazırlanmış kömür aşkar edilmişdir
20.06.2011İyunun 20-də Oğuz rayonunun Sincan kəndi ərazisində, Göyçay rayon sakini Rafayel Mayılovun idarə etdiyi "Ford Tranzit" avtomaşına Oğuz RPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında baxış keçirilmişdir. Avtomaşında müvafiq sənədləri olmayan 3,5 kub metr meşə materialından hazırlanmış kömür aşkar edilmiş və araşdırmalar aparılması üçün sürücü avtomaşınla birgə RPŞ-yə gətirilmişdir.