Səbail rayonu ərazisində yaşayan Arzuman Namazovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır
18.06.2011İyunun 19-da saat 22.00 radələrində Səbail rayonu ərazisində yaşayan Arzuman Namazovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Səbail rayonu 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin məişət münaqişəsi zəminində mərhumun qonşusu Ayvaz Almuradov tərəfindən törədilməsi müəyyən edilmişdir. A.Almuradovun tutulması istiqamətində tədbirlər görülür.