Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.06.2011Saat 19.00 radələrində Quba rayonu ərazisində, Anar Həsənov "Hyundai-Sonata" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Sərnişinlərdən oğlu 1 yaşlı Xanbaba, Bəsti Hüseynova və onun oğlu 3 yaşlı Tariyel hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, arvadı Günay və digər oğlu 8 yaşlı Ağayar isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.