Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.06.2011Saat 19.20 radələrində Ağsu rayonu ərazisində, Göydəlləkli kənd sakini Zərbalı Qaçayev "Hyundai-Sonata" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Sərnişin 1 yaşlı İbrahim Baxışov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri bacısı Jalə və Zeynəb Əliyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.