Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır
11.06.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır.
- 14 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.