Gənсə şəhər sakini Tariyel Həsənov odlu silah satarkən tutulmuşdur
11.06.2011DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Gənсə şəhər sakini, əvvəllər məhkum olunmuş Tariyel Həsənov 1 ədəd nömrəsi silinmiş avtomat silahı, 1 ədəd güllə darağını və 12 ədəd gülləni satarkən tutulmuşdur.