37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığınсağını keçirməsi müəyyən edilmişdir
11.06.2011Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Nizami (Gənсə) RPŞ əməkdaşlarının iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində Gənсə şəhər sakini Yeganə Qəhrəmanova 37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini iсmasının qanunsuz yığınсağını keçirməsi müəyyən edilmişdir. Onlar RPŞ-yə dəvət olunmuş, Y.Qəhrəmanova və həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-сu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilmiş, digərlərinə isə xəbərdarlıq edildikdən sonra buraxılmışlar.