Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11.06.2011İyunun 11-də saat 18.40 radələrində Tərtər rayonu ərazisində, rayon sakini Maarif Niftalıyevin idarə etdiyi "ZİL" markalı və Ələsgərli kənd sakini Mehman Həsənovun idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə xəsarət almış M.Həsənov və sərnişini Gəray Rzayev xəstəxanaya yerləşdirilmişlər. G.Rzayev orada ölmüş, M.Həsənovun vəziyyəti isə orta-ağırdır.