İlham Quliyevi bıçaqla qətlə yetirmiş Samir Qəniyev tutulmuşdur
19.05.2011Mayın 20-də saat 21.30 radələrində Şabran şəhərindəki "Savalan" restoranında, orada işləyən şəhər sakini 1976-cı il təvəllüdlü Samir Qəniyev sərxoş halda münaqişə zəminində 1979-cu il təvəllüdlü İlham Quliyevi bıçaqla qətlə yetirmişdir. Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qəniyev tutulmuşdur. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.