Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Elektrik naqilləri oğurlayan şəxslər tutulmuşlar

19.05.2011

Mayın 8-dən 18-dək olan müddət ərzində Binəqədi qəsəbəsinin ərazisində, Bakı şəhər sakini Nizami Bağırovun 1500 manat dəyərində elektrik kabeli divardan sökülərək oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mehdiabad qəsəbə sakinləri Bəxtiyar Nərimanov tutulmuş, Nurəddin Orucov isə müəyyən edilmişdir. Onlar cari ilin aprel-may ayları ərzində evlərdən Binəqədi qəsəbəsi ərazisindəki evlərdən Bakı şəhər sakinləri Sayəddin Səfiyevə 950 manat, Mirkərim Seyidova 900 manat, Maksim Mürşüdova 1500 manat, İmişli rayon sakini Zahir Mirzəyev 1550 manat və Biləcəri qəsəbəsində Sumqayıt şəhər sakini Elxan Aslanova 1209 manat dəyərində elektrik naqillərini divardan sökərək oğurlamaları da müəyyən edilmişdir.