Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşını qaçırdıqlarına görə tutulmuş Nikolay Stepanovun və Sergey Taranovun digər cinayət əməlləri müəyyən edilmişdir

19.05.2011

Azər Qədimbəyliyə məxsus "VAZ-21063" markalı avtomaşını qaçırdıqlarına görə Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən tutulmuş Nikolay Stepanovun və Sergey Taranovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Vaqif Məmmədov və Sahib Məmmədov ilə birgə Rişad Mirzəyevə məxsus tirdən 4 ədəd pnevmatik tapança və 1 ədəd pnevmatik tüfəng, Rabəli Rəhimova məxsus mağazadan  3000 manat və qızıl əşyaları, Vitali Musayevə məxsus mağazadan 62 manat və ərzaq məhsulları, Səidə Orucovaya məxsus aptekdən 302 manat, 91 saylı Poçtdan 20 manat, 103 saylı Poçtdan 930 dollar və 3500 manat, 91 saylı Poçtdan 18 manat, 103 saylı Mənzil Kommunal İstismar Sahəsinin inzibati binasından 1089 manat, Elşad Rəhimova məxsus "VAZ-2107" markalı avtomaşının dövlət qeydiyyat nişanlarını oğurlamaları, Məhərrəm Babayevə məxsus "VAZ-2106" markalı, Cəlal Əliyevə məxsus "VAZ-2106" markalı və Arif Baləhmədova məxsus "VAZ-21099" markalı avtomaşınları qaçırmaları da müəyyən edilmişdir. S.Məmmədov və V.Məmmədov tutulmuşlar.