Tovuz rayonunun Aşağı Ayıblı kənd sakini Elxan Əsgərova bıçaq və deşici alətlə çoxsaylı xəsarətlər yetirmiş Şahin Xəlilov tutulmuşdur
19.05.2011Mayın 20-də saat 13.00 radələrində Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisində, kənd sakini Şahin Xəlilov münaqişə zəminində həmkəndlisi Elxan Əsgərova bıçaq və deşici alətlə (bizlə) çoxsaylı xəsarətlər yetirmişdir. Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Xəlilov tutulmuşdur.