Qaradağ rayonundakı avtodayanacağın gözətçisi A.Rzayevi hədələyərək pulunu əlindən almış şəxslər tutulmuşlar
06.05.2011Qaradağ rayonunun Sahil qəsəbəsindəki avtodayanacağa gəlmiş 4 naməlum şəxs, yardımçı otağın şüşəsini sındırıb gözətçi Asif Rzayevi hədələyərək ondan 50 manat pul almışdır. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakinləri Mehman Namazov, Arif Vəliyev, Rəşad Xudiyev və Əfqan Abbasov tutulmuşlar.