Binəqədi rayonu ərazisindən R.Yusifbəyliyə məxsus avtomaşını qaçırmış Ağcabədi rayon sakini F.Cəfərov saxlanılmışdır
06.05.2011Mayın 5-də Binəqədi rayonu ərazisindən Rəsul Yusifbəyliyə məxsus "Mitsubishi Pacero" markalı avtomaşın mayın 7-də Ağcabədi rayonunda tapılmışdır. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış rayon sakini Fuad Cəfərov avtomobillə birgə saxlanılmışdır. O, qara boya ilə avtomaşının dövlət qeydiyyat nişanındakı "C" hərfini "O" hərfinə, "3" rəqəmini isə "8" rəqəminə çevirinmiş.