Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.05.2011Mayın 7-də saat 01.10 radələrində Yevlax rayonunun Tanrıqullar kəndi ərazisində, Ağcabədi rayon sakini Natiq İsmayılov "Lexus" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən kənd sakini Camal Əmiraslanovun idarə etdiyi "T-28" markalı traktorun qoşqusuna vurmuşdur. Nəticədə, N.İsmayılov hadisə yerində ölmüşdür.