Bərdə rayonunun Şorəlli kənd sakini Mehri Səfərova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir
04.05.2011Saat 08.45 radələrində Bərdə rayonunun Şorəlli kəndində, kənd sakini Mehri Səfərova məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə dəhlizin pəncərə şüşələri sınmış, dağıntı olmamış, xəsarət almış M.Səfərova və onun oğlu Cavid xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.