“Mur-Ay” MMC-nin sədri vəzifəsində işləmiş Elxan Hüseynov Bakı şəhərində tutularaq istintaqa təhvil verilmişdir
04.05.2011"Mur-Ay" MMC-nin sədri vəzifəsində işləmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurmuşdur. Onun törətdiyi bu cinayət əməli zərərçəkmişlərin haqlı narazılığına səbəb olmuşdur.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən CM-nin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış işi açılmışdır.
Dünən – mayın 4-də DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov Bakı şəhərində tutularaq istintaqa təhvil verilmişdir.