Gəncə şəhər sakini Orxan İsrafilova bıçaqla xəsarət yetirmiş İlham Bağırov tutulmuşdur
04.05.2011Aprelin 26-da Gəncə şəhər sakini Orxan İsrafilov evindən qarın və ayaq nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmişdir. O.İsrafilov ilkin izahatında xəsarəti ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını bildirmişdir. Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.İsrafilova bıçaqla xəsarət yetirilməsi müəyyən edilmiş və hadisəni törətmiş həmyerlisi İlham Bağırov tutulmuşdur.