Masallı rayonunun Mollaoba kənd sakini Nicat Əliyevə ov tüfəngindən atəş açaraq xəsarət yetirmiş Hüseyn Hüseynzadə tutulmuşdur
04.05.2011Masallı rayonunun Mollaoba kəndində, kənd sakini Hüseyn Hüseynzadə münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Nicat Əliyevə xəsarət yetirmişdir. N.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. H.Hüseynzadə Masallı RPŞ əməkdaşları tərəfindən tutulmuş, ondan 1 ədəd ov tüfəngi götürülmüşdür.