Gün ərzində 44 cinayət faktı qeydə alınmışdır
24.04.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 16-ı “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdır.
- 2 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.