Bakı şəhər sakini Rasim Ağasıyevə qarşı zor tətbiq edərək ondan 50 manat almış İlkin Şahbazov tutulmuşdur
24.04.2011Aprelin 25-də saat 19.30 radələrində Suraxanı rayonunda, 264 №-li xətt avtobusunda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Şahbazov, həmyerlisi Rasim Ağasıyevə qarşı zor tətbiq edərək ondan 50 manat almışdır. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Şahbazov tutulmuşdur.