Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.04.2011Saat 17.00 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində, Təzəkənd kənd sakini Amil Məmmədov "Mercedes E 200" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə A.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Sabir Əliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.