Xətai rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar
19.04.2011Saat 12.00 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Rüfət Aslanovun idarə etdiyi "VAZ-2107" markalı və Qəbələ rayon sakini Ramin Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Aslanov hadisə yerində ölmüş, xəsarət almış sərnişini qızı - 9 yaşlı Nigara isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.