Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qax şəhərində mağazadan oğurluq etdiyinə görə tutulmuş A.Abdürəhmanovun başqa oğurluq faktlarını da törətməsi müəyyən edilmişdir

19.04.2011

Aprelin 18-nə keçən gecə Qax şəhəri ərazisində, şəhər sakini Natiq Soltanova məxsus mağazadan qapını sındırmaq yolu ilə 170 manat və 250 manat dəyərində danışıq kartları oğurlanmışdır. Qax RPŞ və Zaqatala RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Adil Abdürəhmanov tutulmuşdur. A.Abdürəhmanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun aprel ayının 20-nə keçən gecə Qax şəhər sakini, Fərman Laçınovun evindən 1 ədəd kamera, 1 ədəd ov tüfəngi və qızıl əşyaları, Qax rayon Əhalinin Sosial Müdafiə Mərkəzindən oranın işçisi Məryəm Rəhimovaya məxsus 80 manat və qızıl əşyalarını oğurlaması, habelə Zaqatala şəhəri ərazisində, şəhər sakini Vaqif Balamədova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırması müəyyən edilmişdir.

19.04.2011 tarixinə olan kriminal məlumatlar