Oğurluq etdiyinə görə tutulmuş S.Rzayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun başqa oğurluq faktını törətməsi də müəyyən edilmişdir
19.04.2011Oğurluq etdiyinə görə aprelin 19-da Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən tutulmuş Samir Rzayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bakı şəhər sakini Elmar Dadaşov ilə birgə martın 23-də Sulduz Tilazadəyə məxsus mağazadan oğurluq etmələri də müəyyən edilmişdir.
Habelə onların aprelin 16-na keçən gecə Elmar Rzayevə məxsus mağazadan 240 manat, ərzaq məhsulları və danışıq kartları, Yeganə Əlizadəyə məxsus mağazadan isə ərzaq məhsulları və internet kartları oğurlamaları da müəyyən edilmişdir. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Dadaşov da tutulmuşdur.