Noyabrın 22-də H.Əliyevə məxsus mağazadan 150 manat pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən R.Həbibov və A.Quliyev tutulmuşlar
23.11.2010
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Habil Əliyevə məxsus mağazadan 150 manat pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rahib Həbibov və Anar Quliyev tutulmuşlar.
R.Həbibov və A.Quliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların noyabrın 22-də Bakı şəhər sakini Natiq Əliyevi bıçaqla hədələyərək ondan pul tələb etmələri də müəyyən edilmişdir.