Nəsimi rayonu ərazisindəki A.Mustafayev küçəsində Bakı şəhər sakini İ.Məmmədov idarə etdiyi avtomaşını aşırmışdır
23.11.2010
Noyabrın 23-də saat 04.00 radələrində Nəsimi rayonu ərazisindəki A.Mustafayev küçəsində Bakı şəhər sakini İlmar Məmmədov idarə etdiyi "Toyota-Camry" markalı avtomaşını aşırmışdır. Nəticədə İ.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, həmyerlisi İlyar Məmmədova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.