Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23.11.2010
Noyabrın 23-də saat 06.30 radələrində Qobustan rayonu ərazisində Şamaxı rayon sakini Mustafa Məmişovun idarə etdiyi "AzSamand" markalı və Bakı şəhər sakini Fazil Mustafayevin idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış M.Məmişov hadisə yerində ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.