Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonunun Lahıc kəndi ərazisində yol-nəqliyyat hadisəsi

23.11.2010

Noyabrın 23-də saat 11.30 radələrində Zaqatala rayonunun Lahıc kəndi ərazisində, rayon sakini İsgəndər Haqverdiyevin idarə etdiyi "VAZ-21099" markalı və Qax rayon sakini Xviça Babacanaşvilinin idarə etdiyi "QAZ-31029" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Haqverdiyev və sərnişinlərindən Qax rayon sakini Qulaşvili Şota və Gürcüstan vətəndaşı Dmitri Epitaşvili hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Nastan Qulaşvili, habelə X.Babacanaşvili və onun sərnişinləri, Qax rayon sakinləri Qiqla Momilaşvili, onun qızı Məryəm, oğlu Tamazi və Gürcüstan vətəndaşı Telba Kikişvili isə xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

23.11.2010 tarixinə olan kriminal məlumatlar