DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanıda narkotiklərin satışını təşkil edən, avtomobil qaçıran, Zığ -Hava Limanı beton yolunda 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan,  2 maşını qəsdən yandıran şəxslər saxlanılıblar

07.05.2024

Suraxanı Rayon İdarəsinin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub. Narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən 5 kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.Həmçinin, İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşın qaçıraraq yol nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet”  və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında 4 kilometrlik hissədə elektrik xəttlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar. Faktlarla bağlı Suraxanı RPİ-də  araşdırmalar davam etdirilir.

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

07.05.2024

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükün arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. Tədbir zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Profilaktik tədbir zamanı müxtəlif kobud qayda pozuntularına yol verən ümumilikdə 170 sürücü barəsində inzibati protokol tərtib edilib.Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.Quba rayonu  ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.