Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Daşkəsən rayon sakini, ikinci qrup əlil Şəlalə Rzayeva yazdığı təşəkkür məktubunda bir müddət öncə anasına qarşı törədilmiş cinayətin polis əməkdaşlarının peşəkarlığı nəticəsində açılmasından, cinayətkarların qanuna təslim edilməsindən razılığını bildirir və sabitliyin keşiyində gecə-gündüz ayıq-sayıq dayanan həmkarlarımıza çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.

Masallı rayon Qızılağac kəndinin bir qrup sakini ötən ay baş vermiş quldurluq hadisəsinin qısa müddət ərzində açılmasında göstərdikləri operativliyə və vətəndaş yanğısına görə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Şəhid həmkarımızın ailə üzvü Elmira Məmmədova şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

“Polis-vətəndaş həmrəyliyi bu gün cinayətkarlıqla mübarizədə, sabitliyin qorunmasında bilavasitə özünü göstərir. Azərbaycan polisi həm də gələcəyimiz olan gəncliyimizi düşünərək onları zərərli vərdişlərdən qorumaq üçün uğurlu maarifləndirmə tədbirləri həyata keçirir ki, bu da hər birimizi sevindirir.” Bu fikirlər İsmayıllı rayon sakini Yaqub İbrahimovun DİN-ə ünvanladığı təşəkkür məktubundandır.

Bakı şəhər sakini Cavid Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda aprelin 24-də Nizami rayonunda baş vermiş yanğın zamanı polisin göstərdiyi şücaəti və insanpərvərliyi heç zaman unutmayacağını, hadisə yerinə hamıdan tez çatan, nümunəvi davranış, təhlükədə olan sakinlərə xoş rəftar sərgiləyən polis əməkdaşları ilə qürur duyduğunu yazır.

Şəhid övladı, ikinci qrup əlil Habil Babaşov üzləşdiyi problemə məsuliyyəli və operativ yanaşmasına görə Binəqi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Qalib Zeynalov ölkəmizdə yaradılmış sabitliyə, həmçinin gələcəyin peşəkar polis əməkdaşlarının hazırlanmasında xüsusi rolu olan DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə yaradılmış yüksək şəraitə, nizam-intizama görə ölkə və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Zahid Şalıyev yazır ki, müstəqilliyimizin və dövlətçiliyimizin dayaqlarının möhkəmlənməsində Azərbaycan polisinin xidmətləri danılmazdır. Bu gün qazandığımız hər bir uğurda onun da imzası var və ölkəmizdə inkişafa səbəb olan sabitliyin təmin olunması, asayişin etibarlı qorunması digər hüquq-mühafizə orqanları ilə yanaşı, polisimizin də gərgin əməyinin nəticəsidir.

Ona qarşı edilmiş dələduzluq faktının DİN-ə müraciətindən sonra vaxtında araşdırılmasına və əsl həqiqətin üzə çıxarılmasına görə Şirvan şəhər sakini Emil Nəzərov yazdığı təşəkkür məktubunda həmkarlarımıza minnətdarlığını ifadə edir.